Milli Məclisdə Siyavuş Novruzov Qüdrət Həsənquliyevə irad bildirib

Milli Məclisdə Siyavuş Novruzov Qüdrət Həsənquliyevə irad bildirib Komitə sədri: “Hökuməti tənqid edirsiz, lakin burada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu müdafiə edirsiz”
Daxili siyasət
8 Dekabr , 2016 13:35
Milli Məclisdə Siyavuş Novruzov Qüdrət Həsənquliyevə irad bildirib

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevə irad bildirib.

“Report”un xəbərinə görə, S.Novruzov Q.Həsənquliyevin adını çəkərək deyib ki, tənqidin və təklifin fəlsəfəsinə baxsaq hər hansı məsələ müzakirə olunanda müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir. 

O qeyd edib ki, iqtidar təmsilçiləri hökumətin nümayəndəsidir və onun mövqeyini dəstəkləməlidir: "Amma tənqidin də forması olmalıdır. Məsələn, höküməti tənqid edirsiz, lakin burada əmək və əhalisinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiz. Nəzər alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də söz konktret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın. Bu gün hər kəs Dövlət Sosial Müdafiə Fondu, kənd tərəssürfatı və ya digər sahələrlə bağlı fikirlərini konkret səsləndirməlidir. Çünki hökumətin həm yaxşı, həm də pis işləyən üzvü var. Pis işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun”.
S.Novruzov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib: “Əvvəllər ünvanlı sosial yarıdm alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin eleketronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır. Hər birimiz əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin şahidiyik. Bu baxımdan qanun layihəsini dəstəkləyir və həmkarlarımı bu layihəyə səs verməyə çağırıram”.

Son xəbərlər

Orphus sistemi