Milli Məclisdə bələdiyyələrlə bağlı iki qanun layihəsi müzakirə edilib

Milli Məclisdə bələdiyyələrlə bağlı iki qanun layihəsi müzakirə edilib Layihələr parlamentin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
21 Aprel , 2017 13:17
Milli Məclisdə bələdiyyələrlə bağlı iki qanun layihəsi müzakirə edilib
Report.az

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, komitə sədr Arif Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ətrafında yaranan sualları cavablandırıb. O bildirib ki, bu qanun layihəsi “Bələdiyyələrin statusu haqqında” qanunu ilə birgə tətbiq olunacaq.

Milli Məclisin deputatları layihə ilə bağlı fikirlərini bildiriblər.

Sonra “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunun “Reklam haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı dəyişiklik layihəsi müzakirə edilib.

Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi