Bakı. 19 mart.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.
O, sosial şəbəkələrdə təhqir xarakterli materialların yerləşdirilməsinə etirazını bildirib: “Bəzi mərkəzlər bununla bağlı iş aparır. Bizi narahat edən budur. Sosial şəbəkələri kimsə qadağan edə bilməz, ona görə də Azərbaycan ictimaiyyətini maarifləndirmək lazımdır. Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır. Həmin videolara da xeyli baxış sayı olur, amma, bu, o demək deyil ki, onu dəstəkləyirlər. Çalışmalıyıq, əhalini ayıq saxlayaq ki, nəticə çıxara bilsinlər. Pis cəhət ondan ibarətdir ki, həmin məsələlərə münasibət bildirdikdə daha da populyarlaşır. Ölkənin təhlükəsizliyi önə çıxırsa, dərhal tədbir görülməlidir”.