Məzahir Pənahov: “MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb”

Daxili siyasət
  • 25 fevral, 2020
  • 18:01
Məzahir Pənahov: “MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb”
Məzahir Pənahov
Report / Elchin Murad

“Seçkilərə bağlı araşdırma işləri şəffaf keçirilib”. 

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilərlə əlaqədar 4 seçki dairəsində səsvermənin nəticələri ləğv edilib: “Kifayət qədər məntəqələrin nəticələri etibarsız sayılıb. Biz lazımi qərarları qəbul etmişik. Bu gün MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb”.