"Bəzi seçki məntəqələrində veb-kameraların işləməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır".
"Report" xəbər verir ki, bunu
MSK sədri bildirib ki, Azərbaycandan kənarda yaşayan bloqqerlərdən biri ictimaiyyətə belə bir məlumat verib və məsələ aydınlaşdırılıb: "Səhv etmirəmsə, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub. Həmin kameralar istifadə olunmadan əvvəl sistem yenilənməlidir".
M.Pənahov vurğulayıb ki, hazırda 1000 məntəqədə veb-kamera var: "Yoxlamaq olar, onların hamısı işlək vəziyyətdədir. Özüm şəxsən onların əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nın fəaliyyətinə kölgə salmaq üçün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər".