“Biz
“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri
Onun sözlərinə görə, bələdiyyə seçkilərində seçki hüquqları ilə bağlı məsələlərdən narazı qalan vətəndaşların müraciətlərinə baxılması üçün Dairə Seçki Komissiyasına (DSK) müraciət edilir: "Daha sonra Dairə Seçki Komissiyası Mərkəzi Seçki Komissiyasına müraciət edir və Mərkəzi Seçki Komissiyası da bununla bağlı qərar verir. İddiaçı tərəf bu qərardan narazı qaldıqda Apellyasiya Məhkəməsinə, Apellyasiya Məhkəməsinin qərarından narazı qaldıqda Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır".
M.Pənahov qeyd edib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir və demokratik ölkə olmasına şübhə ola bilməz: “Biz əminik ki, bu ilki bələdiyyə seçkiləri də tam demokratik şəkildə keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.