Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib İclasda bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb
Daxili siyasət
26 İyul , 2016 17:31
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 26 iyul. REPORT.AZ/ Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

"Report"un məlumatına görə, əvvəlcə Komissiyanın bu ilin iyun ayının 3 və 29-da keçirilən iclaslarının protokolları təsdiq olunub.

Sonra Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Son xəbərlər

Orphus sistemi