Məhkumların islah olunmasında istifadə olunan vasitələr hansılardır?

Məhkumların islah olunmasında istifadə olunan vasitələr hansılardır? Azərbaycanda məhkumların islah və tərbiyə olunmasında istifadə olunan əsas vasitələr açıqlanıb.
Daxili siyasət
18 Avqust , 2020 13:35
Məhkumların islah olunmasında istifadə olunan vasitələr hansılardır?

Azərbaycanda məhkumların islah və tərbiyə olunmasında istifadə olunan əsas vasitələr təsdiqlənib.

“Report” xəbər verir ki, bu, Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunan “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat” sənədində yer alıb.

Qeyd edilib ki, məhkumların islah və tərbiyə olunmasında aşağıdakı əsas vasitələrdən istifadə olunur:

1. Cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim);

2. Tərbiyə işi;

3. İctimai faydalı əmək;

4. Ümumi təhsil;

5. Peşə təhsili və peşə hazırlığı;

6. İctimai təsir.

Məhkumlara islah və tərbiyə edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.

Dəstə məhkumları əsasən bir binada yerləşdirilir. Həmin binada dəstə rəisinin otağı və tərbiyə işinin aparılması üçün ayrıca otaq yaradılır.

Məhkumlarla aparılan islah və tərbiyə işini səmərəli təşkil etmək məqsədilə müəssisədə klub, kitabxana, radio qovşağı, televiziya otağı, idman meydançaları təşkil edilir və müvafiq avadanlıqlarla təchiz olunaraq (kinoqurğu, radio-texnika, kitab fondu, idman ləvazimatı, televizor və s.) maddi texniki baza (3 nömrəli əlavə) yaradılır.

Dəstəyə daxil edilən məhkumlar cəza müddəti qurtaranadək həmin dəstənin qeydiyyatında qalırlar. Məhkumlar hüquq pozuntularının profilaktikası məqsədilə, habelə tibbi göstəriş əsasında və digər hallarda müəssisə rəisinin yazılı əmri ilə başqa dəstəyə keçirilə bilər. Kamera tipli otaqlara, cərimə təcridxanasına və intizam təcridxanasına salınan məhkumlar dəstənin siyahısından çıxarılmır.

Dəstələrdə məhkumların tərbiyə işinin təşkili və həyata keçirilməsi dəstə rəislərinə (təlimatçılara, tərbiyəçilərə) və dəstə tərbiyəçilər şurasına həvalə edilir.

Dəstələrdə tərbiyə prosesinə kompleks surətdə yanaşılması məqsədilə məhkumların tərbiyə prosesinə müəssisənin bütün əməkdaşları, ictimai təşkilatların nümayəndələri və digər şəxslər cəlb edilirlər.

Məhkumlara həvəsləndirmə və tənbeh tədbirləri Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələblərinə müvafiq qaydada tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi