​Məhkəmə Razi Nurullayevin AXCP ilə bağlı iddiasını icraata götürməyib

​Məhkəmə Razi Nurullayevin AXCP ilə bağlı iddiasını icraata götürməyib Məhkəmə iddiaçı tərəfə ilk instansiya kimi Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi tövsiyə edib
Daxili siyasət
28 Dekabr , 2015 12:03
​Məhkəmə Razi Nurullayevin AXCP ilə bağlı iddiasını icraata götürməyib

Bakı. 28 dekabr. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiasını icraata götürməyib.

"Report"un məlumatına görə, məhkəmə iddiaçı tərəfə ilk instansiya kimi Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi tövsiyə edib.

Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilib, gizli səsvermə ilə R.Nurullayev sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Nazirlik eyni qərarı Əli Kərimli ilə də bağlı verib. Ədliyyə Nazirliyi sentyabrın 27-də keçirilən qurultayın nəticələrini tanımayıb. Ə.Kərimli də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi