Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni bina tikiləcək

Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni bina tikiləcək Bakı. 19 dekabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni inzibati bina tikiləcək.
Daxili siyasət
2374
19 Dekabr , 2018 14:05
Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni bina tikiləcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni inzibati bina tikiləcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət proqramında 2023-cü ilədək məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə onun müasir tələblərə cavab verən yeni inzibati binasının inşa edilməsi və müasir avadanlıqla təchiz olunması nəzərdə tutulur.

İşin icrası Nazirlər Kabinetinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi