Rəis: "Elə strateji məsələlər var ki, rəy vermək səlahiyyəti yalnız dövlət ekspertizasına aiddir"
- 20 dekabr, 2019
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
"Elə strateji məsələlər var ki, rəy vermək səlahiyyəti yalnız dövlət ekspertizasına aiddir. Özəl məhkəmə ekperizasının tətbiqi üçün xarici ölkələrin təcrübəsi öyrənilib".
"Report"un xəbərinə görə bunu Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.
O, özəl ekspertizanın tətbiqi mexanizminə də toxunub: "Ekspert hər hansı sahə üzrə xüsusi biliyə malik olan şəxsdir. Onun hazırlanması xüsusi proqramdan keçir və şəhadətnamə əldə edir. Ancaq elə strateji məsələlər var ki, onlara özəl ekspert baxa bilməz və cinayət işlərində rəy vermək səlahiyyəti dövlət eksperizana aiddir. Bura ballistik, narkotik, qiymətli kağızların və s. ekspertizalar aiddir. Özəl ekspertiza sahəsinə mülki, inzibati işlərə aid ekspertizalar tətbiq ediləcək".
Qeyd edək ki, yeni qanunvericiliyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edəcək.