Yuxarı
    Bağlamaq

    ​Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

    Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin 131-ci ildönümüdür

    Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

    "Report"un məlumatına görə, Rəsulzadənin anadan olmasından 131 il ötür.

    M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. O, 1904-cü ildə "Hümmət" Təşkilatının yaradılmasında iştirak edib.

    1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. O, 1910-cu ildə İran Demokrat Partiyasının əsasını qoyur. Həmçinin "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olub.

    1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. Elə həmin il Müsavat Partiyasının sədri olub. 1918-ci il mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılıb və səs çoxluğu ilə M.Ə.Rəsulzadə sədri seçilib. Bununla da Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti yaradılıb.

    1920-ci il aprelin 28-də bolşevik işğalından sonra Rəsulzadə Azərbaycanı tərk edib.

    1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir.

    M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, “Əsri” məzarıstanlığında dəfn olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi