Yuxarı
    Bağlamaq

    Müsavat Partiyası başqanının müşaviri istefa verib

    Səxavət Əlisoy: Seçkilərdə Müsavat Partiyasının sıravi üzvü kimi iştirak etmək niyyətindəyəm

    Bakı. 27 avqust. REPORT.AZ/ Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy vəzifəsindən istefa verib. 

    Report xəbər verir ki, S.Əlisoyun istefa verməsinə səbəb Müsavat başqanlığına keçiləcək seçkilərdə namizəd kimi iştirak etməsidir. S.Əlisoy bildirib ki, seçkilərdə Müsavat Partiyasının sıravi üzvü kimi iştirak etmək niyyətindədir: "Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram".

    Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 28-də qurultay keçirməyi planlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi