Müsavat Partiyası başqanının müşaviri istefa verib

Müsavat Partiyası başqanının müşaviri istefa verib Səxavət Əlisoy: "Seçkilərdə Müsavat Partiyasının sıravi üzvü kimi iştirak etmək niyyətindəyəm"
Daxili siyasət
27 Avqust , 2014 17:25
Müsavat Partiyası başqanının müşaviri istefa verib

Bakı. 27 avqust. REPORT.AZ/ Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy vəzifəsindən istefa verib. 

Report xəbər verir ki, S.Əlisoyun istefa verməsinə səbəb Müsavat başqanlığına keçiləcək seçkilərdə namizəd kimi iştirak etməsidir. S.Əlisoy bildirib ki, seçkilərdə Müsavat Partiyasının sıravi üzvü kimi iştirak etmək niyyətindədir: "Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram".

Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 28-də qurultay keçirməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi