Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı 31 oktyabr. REPORT.AZ/ “Partiyada kimsə hər hansı qurum yaradacaqsa, bu, həmin şəxs və ya şəxsləri bir qədər də nüfuzdan salacaq”.
“Report”un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaratmaqla bağlı maddə yoxdur: “Bu, partiyanın ümumi marağına ziddir. Düşünürəm ki, əgər fraksiya yaradılması addımı atılacaqsa, həmin şəxslər digərlərin narazılıqları ilə qarşılaşacaqlar. Mən onlara bu addımı atmamağı tövsiyə edirəm”.
A.Hacılı qeyd edib ki, partiyaya qarşı kimlərsə təbliğat aparacaqsa, həmin şəxslər Nizamnamədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq və buna uyğun tədbirlər görüləcək.