Lənkəranda Gənclər Günü qeyd olunub - FOTO

Lənkəranda Gənclər Günü qeyd olunub - FOTO Lənkəran. 31 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində Gənclər Günü qeyd olunub.
Daxili siyasət
31 Yanvar , 2018 18:05
Lənkəranda Gənclər Günü qeyd olunub - FOTO
Report

Lənkəran. 31 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində Gənclər Günü qeyd olunub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 2 fevral - Gənclər Günü münasibəti ilə şəhərin Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərin ümumrayon toplantısı keçirilib.

Tədbir ulu öndərin abidəsini ziyarətlə başlayıb.

Toplantını giriş sözü ilə icra başçısı Taleh Qaraşov açaraq gəncləri bayram münasibətilə təbrik edərək xoş və səmimi arzularını çatdırıb. Gənclər gününün təsis olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu,1996-cı il fevralın 2-də gənclərin 1-ci forumu keçirildiyini, 1997-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Gününün bayram edildiyini bildirib.

İcra başçısı gənclər siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq bu gün lənkəranlı gənclərin də ölkənin, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini, ölkənin tərəqqisi naminə səylə çalışdıqlarını diqqətə çatdırıb.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov toplantıda 2 Fevral – Gənclər Günü ilə bağlı məruzə edib.

Tədbirdə həmçinin gənclər çıxış edərək rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsindən, gənc istedadlara dövlət qayğısının artırılmasından, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsindən və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söz açıblar.

Son xəbərlər

Orphus sistemi