Lənkəran. 9 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, Lənkərn Şəhər İcra Hakimiyyətinin (ŞİH), YAP Lənkəran şəhər təşkilatının və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhərin
Dövlət himninin səsləndirilməsindən sonra şəhər icra başçısı Taleh Qaraşov çıxış edərək Dövlət Bayrağı gününün əhəmiyyəti barədə geniş nitq söyləyib.
T.Qaraşov Azərbaycanın dövlət bayrağının yaranma tarixi və rəmzi mənasını, dövlət atributu kimi bayrağın cəmiyyət həyatındakı rolunu xüsusi vurğulayaraq hər bir vətəndaşı dövlət bayrağına təzim etməyə, onu bütün varlığı ilə sevməyə və ona sədaqət göstərməyə çağırıb.
Sonra minlərlə tədbir iştirakçısı üçrəngli bayraqlarla Heydər Əliyev prospekti boyunca şəhərin Bayraq meydanınadək yürüş keçiriblər.
Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz”, “ Şəhidlər ölməz, Vətən bölünməz”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır”,”Yaşasın müstəqil və azad Azərbaycan” şüarları səsləndiriblər.