Səhərdən apardığımız müşahidələr Azərbaycanda növbədənkənar parlament seçkilərinin şəffaf keçirildiyini deməyə əsas verir.
Bunu "Report"a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibinin müavini Məhəmməd Sicani Əli Əsgər deyib.
O bildirib ki, məntəqələrdə şərait lazımi səviyyədə təşkil edilib: "Səsvermə prosesi başlayandan təxminən 5-ə yaxın seçki məntəqəsində apardığımız müşahidələrdə heç bir çətinlikdə qarşılaşmamışam. Ümid edirəm ki, proses bitənə qədər seçicilərin hamısı səsvermə hüququndan istifadə edəcək".
İƏT nümayəndəsi vurğulayıb ki, dəfələrlə Azərbaycanda təşkil olunan seçki prosesini izləyib: "Hər zaman da prosesin şəffaf keçirildiyinin şahidi olmuşam. Heç vaxt problemlə qarşılaşmamışam".
O qeyd edib ki, müşahidənin nəticələri ilə bağlı sabah mətbuat konfransı keçiriləcək.