Erməni soyadlarının 70 faizi Azərbaycan-türk adlarından ibarətdir.
Bu barədə "Report"a müsahibəsində Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli danışıb.
Onun sözlərinə görə, ermənilər Qərbi Azərbaycandakı abidələri erməniləşdirərək keçici bir dövr üçün ancaq özlərini aldadırlar:
"Qərbi Azərbaycandakı abidələrimizin erməniləşdirilməsinə, bununla onlar keçici bir dövr üçün ancaq özlərini aldadırlar, çünki o abidələrin müxtəlif tarixi mənbələrdə həm təsvirləri, həm də Azərbaycan xalqına mənsubluğu haqqında kifayət qədər məlumatlar var. Erməni cəmiyyətində bu və digər formada Azərbaycanofob münasibətin formalaşması məsələsinə gəldikdə isə onillər, yüzillər boyu onları belə tərbiyə ediblər və bu “tərbiyə” onları çıxılmaz dalana dirəyib, bu dalanda vurnuxub qalıblar, bu dalandan çıxa bilmirlər, özlərini divardan-divara vururlar".
İcma sədri ermənilərin təkcə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsini adlarına çıxmaqla kifayətlənmədiyini hətta soyadlarının da böyük qisminin Azərbaycan-türk mənşəli olduğunu vurğulayıb:
"Ermənilər təkcə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsini adlarına çıxmaqla kifayətlənmirlər. Erməni soyadlarının tədqiqatçısı kimi deyə bilərəm ki, onların 70 faizi Azərbaycan-türk, 25 faizi isə xristian və qədim alban adlarından ibarətdir. İçərisində də 5-10 erməni sözü ola, ya olmaya".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.