İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon manat təsdiqlənib

Daxili siyasət
  • 26 dekabr, 2017
  • 11:56
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon manat təsdiqlənib

Bakı. 26 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu imzalayıb.

“Report” xəbər verir ki, büdcənin ümumi göstəriciləri işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilib.

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələriMəbləğ (manatla)
1.İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmio cümlədən:89 020 000,0
1.1.büdcədən maliyyələşən təşkilatlar üzrə17 726 212,0
1.2.büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə17 726 212,0
1.3.digər sığortaedənlər53 567 576,0
2.Sair gəlirlər20 000,0

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləriMəbləğ (manatla)
1.İşsizliyə görə sığorta ödənişləri 33 478 000,0
2. Peşə hazırlığı və əlavə təhsilin təşkili1 613 000,0
3. Peşə yönümünə dair məsləhət xidmətləriningöstərilməsi 1 150 000,0
4.Əmək yarmarkalarının, əmək birjalarının təşkili120 000,0
5. Haqqı ödənilən ictimai işlərin təşkili1 788 000,0
6. Özünüməşğulluq tədbirlərinin təşkili35 802 000,0
7. Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi1 380 000,0
8.Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri13 709 000,0