İraqın baş naziri Azərbaycan Prezidentinə məktub göndərib

Daxili siyasət
  • 01 may, 2018
  • 13:32
İraqın baş naziri Azərbaycan Prezidentinə məktub göndərib
İraqın baş naziri Heydər əl-İbadi

Bakı. 1 may. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İraq xalqı və hökuməti adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Cənab Prezident, Sizə işlərinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına davamlı inkişaf və sabitlik arzulayıram".

44 filmi