İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib
- 02 noyabr, 2017
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib.
Qərar “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar verilib.