Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti Administrasiyasının təşəbbüsü ilə bir qrup müxalifət partiyalarının sədrləri ilə keçirilən görüş başa çatıb.
"Report"un məlumatına görə, görüşdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edib.
Müxalifət tərəfdən isə görüşdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tükənov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edib.
Mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilən görüşdə müxalifət partiyaları ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.