​İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

​İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib Şuranın üzvləri - Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib
Daxili siyasət
29 May , 2015 12:30
​İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

Bakı. 29 may. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib. “Report” xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verilib.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasını İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, əvəzçi namizəd kimi isə həmin konfederasiyasının üzvü, “NEURON TECNOLOGİES” MMC-nin baş direktoru İsmayıl Ələkbərov təmsil edəcək.

Bundan başqa, gənclər təşkilatlarının təmsilçisi kimi “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasından Sevil Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.

Xatırladaq ki, Şuranın üzvlüyündə yer alan Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib. 

Son xəbərlər

Orphus sistemi