Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Daxili siyasət
  • 12 aprel, 2018
  • 07:54
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Bakı. 12 aprel. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, H.Ruhaninin təbrik məktubunda deyilir: 

“Sizi yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Bu seçim Sizin rəhbərliyiniz altında Azərbaycanının inkişafını xalqın dəstəkləməsini özündə əks etdirir”.

O bildirib ki, iki ölkənin liderləri Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsi prosesinə səylərini davam etdirəcəklər.