Hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsi müzakirə edilib

Hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsi müzakirə edilib Bakı. 16 mart. REPORT.AZ/ Martın 15-də Bakı şəhərində Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Daxili siyasət
16 Mart , 2018 17:51
Hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsi müzakirə edilib

Bakı. 16 mart. REPORT.AZ/ Martın 15-də Bakı şəhərində Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

“Report”un xəbərinə görə, prokurorluq və ədliyyə işçilərinin, məhkəmə hakimlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə çoxsaylı institusional və qanunvericilik islahatlarının keçirildiyi bildirib.

Layihə çərçivəsində fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasını nəzərdə tutan “Məhkəmələr və hakimlər haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi iştirakçıların diqqətinə çatdırılıb. Qanun layihəsinə dair rəy və təkliflər ətrafında fikir mübadiləsi aparılmaqla müxtəlif qurumların nümayəndələrini maraqlandıran suallar Avropa İttifaqının ekspertləri tərəfindən cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar paylanılıb.

Son xəbərlər

Orphus sistemi