Göygöldə Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib
- 05 iyul, 2018
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Göygöl. 5 iyul. REPORT.AZ/ Göygöl Rayon Polis Şöbəsində Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumata görə, əvvəlcə Göygöl Rayon Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər çiçəklər düzüblər.
Tədbiri Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev açaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, Azərbaycan polisinin keçdiyi şanlı tarixi yola nəzər salıb: "Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində son illər daxili işlər orqanlarının müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşıdırılması istiqamətində böyük işlər görülüb, onlarca yeni obyektlər tikilərək istismara verilib. Bütün bunlar isə ilk növbədə şəxsi heyəti vəzifə borcunun icrasına ruhlandırır".
Bundan sonra Göygöl Rayon Polis Şöbəsinin inzibati binasının nəzdində yeni tikilən binanın açılış mərasimi olub. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, yeni binanın istifadəyə verilməsi şəxsi heyətə dövlət qayğısının əyani təzahürüdür. O, əmin olduğunu bildirib ki, əməkdaşlar bu ali diqqət və qayğıya, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfələrini verəcəklər.
Daha sonra tədbir iştirakçıları yeni binaya baxış keçiriblər.
Qeyd edək ki, inşasına ötən ilin oktyabrında başlanılan birmərtəbəli kürsülü inzibati binanın ümumi sahəsi 400 kvadratmetrdir. Ən müasir standartlara uyğun və 13 xidməti otağa sahib binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb.