Yuxarı

Gənclər və idman naziri Azad Rəhimov səs verib

Nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov referendumda səs verib. "Report"un məlumatına görə, nazir qeydiyyatda olduğu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Məntəqədə 1327 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi