Gəncə. 12 dekabr. REPORT.AZ/ Gəncə şəhərində ulu öndər
"Report"un Qərb bürosunun məlumatına görə, anım günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar.
Qeyd olunub ki, Gəncə daim ümummilli liderin diqqət və qayğısını hiss edib. Gəncəyə etdiyi səfərlər zamanı Heydər Əliyev ilk olaraq yolunu Şeyx Nizaminin məqbərəsindən salıb, onu daim yad edib.
Günboyu ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunur, hər kəs dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edir.