Gəncədə hərbi yürüş keçirilib

Gəncədə hərbi yürüş keçirilib Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir.
Daxili siyasət
15 Sentyabr , 2021 15:34
Gəncədə hərbi yürüş keçirilib

Video əlavə edilib.

09:50

Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Gəncənin mərkəzi küçəsində (Heydər Əliyev meydanı) "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri iştirak edirlər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Son xəbərlər

Orphus sistemi