Gəncə şəhərində 9 noyabr - Dövlət Bayraq Günü münasibətilə əyləncəli tədbir təşkil olunub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Dövlət Bayraq Günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı keçirilən tədbirdə,
Çıxış edənlər ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin isə hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar. Tədbirdə habelə bu üç rəngli bayrağın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağına inam bildirilib.
Tədbirdə bütün iştirakçılara dövlət bayrağı paylanılıb və milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə müxtəlif müsabiqələr keçirilib, qaliblərə mükafatlar verilib.
Tədbir musiqili proqramla davam edib.


