Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib 2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında
Daxili siyasət
9 Dekabr , 2022 16:11
Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Son xəbərlər

Orphus sistemi