Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin ediliblər - SƏRƏNCAM

Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin ediliblər - SƏRƏNCAM Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Daxili siyasət
29 Noyabr , 2019 17:43
Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin ediliblər - SƏRƏNCAM

Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.

Son xəbərlər

Orphus sistemi