FHN-in Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə taktiki-xüsusi təlim keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə taktiki-xüsusi təlim keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri və ərazi obyekt qüvvələri ilə "Ffövqəladə hallar zamanı nazirliyin qurumlarının qarş
Daxili siyasət
30 Aprel , 2024 12:44
FHN-in Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə taktiki-xüsusi təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri və ərazi obyekt qüvvələri ilə "Ffövqəladə hallar zamanı nazirliyin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, təlimdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Fövqəladə Hallar Nazirliyi Aparatının və qurumlarının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların, həmçinin yerli özünüidarəetmə orqanlarının əməkdaşları iştirak ediblər.

FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev jurnalistlərə açıqlamasında bildirib ki, fövqəladə hallar nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Sumqayıt Regional Mərkəzinin dislokasiya ərazisinə daxil olan rayonlarda nazirliyin böhran vəziyyətlərində idarəetmə mərkəzindən daxil olmuş məlumat əsasında nazirliyin təsdiq etdiyi plan üzrə taktiki xüsusi təlimin keçirilməsi təmin edilib.

V.Fətullayev qeyd edib ki, təlimə FHN-in 89 ədəd texnikası və 639 nəfərdən ibarət şəxsi heyəti, 3 baş xüsusi təlim görmüş iti, 1 helikopteri, ərazi və obyekt qüvvələri cəlb edilib: "Təlimin qarşısına qoyulan məqsədlərə uğurla nail olunub".

Qeyd edək ki, təlim zamanı qarşılıqlı koordinasiyanın qurulması, Sumqayıt şəhərində baş vermiş şərti dağıntıların nəticələrinin aradan qaldırılması təmin edilib. Təlim onlayn formatda izlənilib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübənin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.

Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi