Energetika naziri bələdiyyə seçkilərində səs verib

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 06:53
Energetika naziri bələdiyyə seçkilərində səs verib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

“Report”un xəbərinə görə, nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

O səsvermə hüququndan saat 10:30 radələrində istifadə edib.

Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.