Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib Bununla bağlı partiyaya komitə sədrinin müavini Rafiq Cəlilovun adından məktub daxil olub
Daxili siyasət
14 Dekabr , 2017 18:47
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib.

“Report”un xəbərinə görə, bununla bağlı partiyaya komitə sədrinin müavini Rafiq Cəlilovun adından məktub daxil olub.

Məktubda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 4 mərtəbəli binanın 1-ci, 2-ci mərtəbəsində yerləşən 1305.9 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Müsavat Partiyası ilə bağlanılmış 19 yanvar 2004-cü il tarixli 1231 saylı icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən, icarəyə verənin yazılı razılığı olmadan icarəçi tərəfindən əmlakın ikinci əldən icarəyə verilməsi, bu və ya digər formada başqa şəxsin istifadəsinə verilməsi qadağandır.

“Müqavilənin 8.2.3-cü bəndinə uyğun olaraq, verilmiş əmlak icarəyə verənin razılığı olmadan içarəçi tərəfindən ikinci əldən icarəyə (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verildikdə, müqaviləyə xitam verilir.

Bununla əlaqədar olaraq, nəzərinizə çatdırılır ki, icarə müqaviləsinin sözügedən bəndləri pozulmaqla icarə obyekti tərəfinizdən üçüncü şəxslərin istifadəsinə verildiyi halda, icarə müqaviləsinə dərhal xitam verilməklə icarə obyektinin boşaldılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək” - deyə məktubda qeyd olunub.

Qeyd edək ki, Müsavat Partiyasının qərargahında dekabrın 17-də Respublikaçı Alternativ Partiyasının təsis qurultayının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi