​Ellada Məmmədli: "Müsavatla bağlı Ədliyyə Nazirliyinə edilən müraciətin Demokratiya və Rifah Hərəkatına aidiyyəti yoxdur"

​Ellada Məmmədli: "Müsavatla bağlı Ədliyyə Nazirliyinə edilən müraciətin Demokratiya və Rifah Hərəkatına aidiyyəti yoxdur" "Məhkəməyə müraciət edə bilmirik deyə Ədliyyə Nazirliyinə müraciət etdik"
Daxili siyasət
20 Avqust , 2015 13:21
​Ellada Məmmədli: Müsavatla bağlı Ədliyyə Nazirliyinə edilən müraciətin Demokratiya və Rifah Hərəkatına aidiyyəti yoxdur

Bakı. 20 avqust. REPORT.AZ/ "Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciəti mən imzalamışam. Amma bunun Azərbaycan Demokratiya və Rifah Hərəkatına aidiyyəti yoxdur".

"Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli deyib.

O bildirib ki, hazırkı Müsavat rəhbərliyi məhkəməyə müraciət olunmasın deyə qurultaydan sonra uzaqlaşdırılan partiya üzvlərinə xaric olunma ilə bağlı sənəd vermir: "Müsavat Partiyasının VIII qurultayı şəffaf keçirilməyib, proses saxtakarlıqla yerinə yetirilib. Hazırkı Müsavat rəhbərliyi qurultaydakı saxtakarlıqla bağlı suallara cavab verə bilmir. Onlar həm də partiyadan xaric etdikləri şəxslərə xaric olunma ilə bağlı səbəb qeyd olunan sənəd vermirlər. Buna görə də biz məhkəməyə müraciət edə bilmirik. Bütün bunları nəzərə alıb, Ədliyyə Nazirliyinə müraciət etməyi qərara aldıq. Çünki hazırkı başqan legitim deyil, qurultay başa çatmayıb. Hazırda müraciətimiz araşdırılır".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə "Report"a açıqlamasında qeyd edib ki, Ədliyyə Nazirliyinə belə bir müraciətin edilməsi absurddur.

O xatırladıb ki, Müsavat Partiyasının VIII qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət edilib, nazirlik də nəticələri təsdiqləyib: "İndi nazirliyə müraciət edən insanların bundan əvvəl də mətbuatda şikayət xarakterli açıqlamaları dərc olunmuşdu. Bizə əvvəlcədən bəlli idi ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı Müsavata qarşı yaradılan hərəkatdır. Hərəkatın Ədliyyə Nazirliyinə etdiyi şikayət xarakterli müraciətdə təxminən 12-13 nəfərin imzası var. Müraciət ADR-in sədr müavini, Departarment rəhbəri, Məclis üzvləri səviyyəsində hazırlanıb".

Son xəbərlər

Orphus sistemi