Yuxarı
    Bağlamaq

    Əli Həsənov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqına və dövlətinə töhfələr verəcək”

    Prezidentin köməkçisi: “Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”

    Bakı. 25 fevral. REPORT.AZ/Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.

    Prezidentin köməkçisi qeyd edib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: “Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi