Əli Həsənov: “Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır”

Daxili siyasət
  • 07 may, 2018
  • 12:25
Əli Həsənov: “Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Report

Bakı. 7 may. REPORT.AZ/ “Azərbaycanda şəffaflığın artırılması islahatların mərkəzində dayanır. Ölkədə eketron xidmətlər genişləndirilir, korrupsiya faktlarının qarşısı alınır”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, ölkədə əhalinin 80 faizdən çoxu internet istifadəçisidir: “Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır.  “Az” domeni ilə qeydiyyatdan keçən saytların sayı 20 mini keçib. 300-ə yaxın xəbər və analitik internet saytları var. İstənilən şəxs domen almaqla media fəaliyyətinə başlaya bilər. Ölkədə media qanunvericiliyi ən liberal formada hazırlanıb”.

44 filmi