Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
Daxili siyasət
- 19 iyun, 2025
- 16:21
Azərbaycannın Baş naziri Əli Əsədov iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.
bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.
Eyni zamanda, SOCAR ilə bp arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
M.Aukinkloss BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.
Son xəbərlər
22:00
Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib
Region21:51
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər
Digər ölkələr21:50
Tahir Gözəl: "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
Futbol21:37
Serbiyanın təhsil naziri məktəblərin siyasi platformaya çevrilməməli olduğuna diqqət çəkib
Digər ölkələr21:24
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Digər ölkələr21:22
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə21:12
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
Digər ölkələr21:05
Foto
Azərbaycanın daha üç cüdoçusu veteranlar arasında dünya çempionatında medal qazanıb
Fərdi21:05
Foto