"Yeni Azərbaycan Partiyasının bu günə qədərki praktikasına görə parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb".
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi
Onun sözlərinə görə, YAP-ın qərar qəbul etməsi üçün strukturları var.
Ə.Əhmədov növbəti parlament seçkilərində hakim partiyanın namizədlərinin say çoxluğu ilə təmsil olunması ilə bağlı suala da cavab verib:
"Hər bir partiya istəyər ki, seçkilərdə daha çox sayda namizədlə parlamentdə təmsil olunsun. Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçicilərini inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik.