"2020-ci ilin ilk ayları Azərbaycan Respublikasının Prezidenti
"Report"un xəbərinə görə, bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi
O qeyd edib ki, Prezident İlham Əliyevin yenicə başa çatan İtaliya səfərini sözün həqiqi mənasında tarixi səfər adlandırmaq mümkündür:
"Dövlətimizin başçısına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qarşılanma və qonaqpərvərlik bunun ən bariz ifadələrindən biri hesab edilməlidir. Etiraf edim ki, İtaliya kimi qədim və zəngin dövlətçilik ənənəsinə malik olan böyük Avropa dövlətində bu cür qarşılanmalara az təsadüf olunur. Səfərin tarixi əhəmiyyətinə dəlalət edən səbəblərdən biri kimi səfər çərçivəsində iki dövlət arasında 28 sazişin imzalanması qeyd oluna bilər. Bu fakt dövlətlərarası münasibətlərin həm mövcud vəziyyəti, həm də gələcək perspektivləri ilə əlaqədar tərəflərin məqsəd və mövqelərini nümayiş etdirir.
İlham Əliyevin səfər çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə dünya sivilizasiyasına əvəzsiz töhvələr vermiş İtaliya kimi dövlətin rəhbərlərinin Azərbaycanın, onun inkişafının, ələlxüsus ölkəmizin sivilizasiyaların dialoqunun inkişafı sahəsində xidmətlərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlının qəlbini haqlı olaraq qürur hissi ilə doldurur. Bu baxımdan Roma Papasının, bütünlükdə Vatikan dövlətinin Azərbaycanın Birinci vitse-prezidenti,
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin Avropanın ən böyük aparıcı dövlətlərindən olan İtaliyaya tarixi səfəri ölkəmizin beynəlxalq aləmdə artan rolunun və əhəmiyyətinin birbaşa ifadəsi olmaqla yanaşı, həm də onun gələcək inkişaf perspektivləri haqqında aydın təsəvvürlər yaradır: "Heş şübhəsiz, tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək, ölkəmizin gələcək inkişafına əlavə töhvələr verəcək. Ayrıca olaraq onu da qeyd etmək lazımdır ki, dövlət başçımızın hər bir uğurlu xarici səfəri, o cümlədən İtaliya səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq dəstəyin əhəmiyyətli şəkildə güclənməsi ilə müşayiət olunur".