"XX əsrin son onillyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu. Bu müqavilənin imzalanması birmənalı şəkildə
"Report" xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi
O bildirib ki, yenicə dövlət müstəqilliyi əldə edən Azərbaycanın daxilində və ətrafında müəyyən səbəblərlə əlaqədar və hamıya məlum olan proseslər başa çatmamışdı: "Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətin içərisində mühüm yerlərdən biri də Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycan üçün əhəmiyyətli olan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.