Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ağacların kəsildiyi - Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib.
“Report”un xəbərinə görə, E.Əzizov məsələnin araşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
O, sakinlərin şikayətlərini dinləyib, bu hadisənin diqqət mərkəzində olduğunu qeyd edib.
Qeyd edək ki, mayında 5-də
H.Temirov barəsində toplanan araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Həmin ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.