Eldar Əzizov məmuru cəzalandırıb - EKSKLÜZİV

Eldar Əzizov məmuru cəzalandırıb - EKSKLÜZİV Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sıra nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.
Daxili siyasət
22 Noyabr , 2018 09:43
Eldar Əzizov məmuru cəzalandırıb - EKSKLÜZİV
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sıra nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

Son xəbərlər

Orphus sistemi