Efiopiyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Efiopiyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib Bakı. 4 iyun. REPORT.AZ/ Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
4 İyun , 2018 14:34
Efiopiyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Şübhəsiz ki, Sizin yenidən Prezident seçilməyiniz qardaş ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da gücləndirəcək.

Mən Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram."

Son xəbərlər

Orphus sistemi