ƏƏSMN-nin kollegiyasının yeni tərkibi təsdiq edilib

ƏƏSMN-nin kollegiyasının yeni tərkibi təsdiq edilib Kollegiya 11 nəfərdən ibarətdir
Daxili siyasət
30 Avqust , 2018 03:26
ƏƏSMN-nin kollegiyasının yeni tərkibi təsdiq edilib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, kollegiyanın 11 nəfərdən ibarət yeni tərkibi aşağıdakı kimidir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi

Son xəbərlər

Orphus sistemi