Ədliyyə naziri Ucarda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Ucarda vətəndaşları qəbul edəcək Qəbul fevralın 13-də keçiriləcək
Daxili siyasət
9 Fevral , 2017 15:50
Ədliyyə naziri Ucarda vətəndaşları qəbul edəcək

Bakı 9 fevral. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 13-də Ucar rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ucar rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ucar, Göyçay və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ucar rayon Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi