DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər

DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
Daxili siyasət
26 Fevral , 2024 14:27
DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.

Bu barədə "Report"a DTX-dən məlumat verilib.

Bildirilib ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Son xəbərlər

Orphus sistemi