Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Daxili siyasət
- 28 mart, 2016
- 05:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Azərbaycanda təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd olunur.
“Report” xəbər verir ki, bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev və xidmətin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, onların məzarı önünə gül dəstələri düzüblər.
DTX əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, 1919-cu ilin martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb.
Son xəbərlər
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr